RU
Üç millət vəkili dostluq qruplarının rəhbərləri seçildi
12:24
484

Üç millət vəkili dostluq qruplarının rəhbərləri seçildi

Milli  Məclisin payız sessiyasının bu gün keçirilən son iclasında parlamentlərarası əlaqələr üzrə İşçi qruplarına (Dostluq Qruplarına) yeni rəhbərlərin seçilməsi məsələsinə baxılıb. 

7News.Az xəbər verir ki, hazırda beş parlamentlərarası əlaqələr üzrə İşçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan - Türkmənistan və Azərbaycan - Yaponiya parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərləri vəzifəsidir.

Plenar iclasda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqlənib.

Bundan əlavə, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi məsələsinə baxılıb. Məsələlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, digər iki qrupun rəhbəri isə  2019-cu ilin yaz sessiyasında seçiləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ