RU
Üç nəfər dərmandan zəhərləndi
12:04
1259

Üç nəfər dərmandan zəhərləndi

Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib.

Bu barədə 7News.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Belə ki, iyulun 5-də Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Tariyel Qurbanov dərmandan və spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Anoloji hadisə iyulun 5-də Xəzər rayonunun Binə qəsəbəsində də baş verib. Həmin ərazidə yaşayan Əmiraslan Nəzərov dərmandan, iyulun 6-da Gəncə şəhərində yaşayan azyaşlı Fərid Babazadə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ