"Bədənimin ideal olmadığını, izafi çəkili olduğumu bilirəm. Bununla belə, vücudumdan iyrənmirəm, özümü pisləmirəm. Necə varamsa, eləyəm. İnsanları da vücudlarına görə təşviş keçirməməyə çağırıram. Bədəninizlə barışın".
Üç övlad anası Emi Pens-Braun belə deyir.
ABŞ-ın Aydaho ştatındakı Boyse şəhərində yaşayan 40 yaşlı Emi Pens-Braun sosial eksperiment keçirib.
O, "City Public Market" bazarına yollanıb və orada soyunub.
Əynində qara bikini olan yazıçı, rəssam və şairə Emi qollarını yana açmışdı, əllərində markerlər tutmuşdu.
Onun qarşısına qoyulmuş lövhədə isə bazardakı insanlara Eminin vücudu ilə bağlı fikirlərini yazmaq təklif olunurdu.
"40 yaşlı kök, piyli qadınam. Bədənimin bütün əzalarını olduğu kimi qəbul edirəm. Hamıya da belə davranmağı təklif edirəm", - Emi deyib.
Eminin dediyinə görə, 11 və 7 yaşlı qızları Lüis ilə Elisi, habelə 1 yaşlı oğlu Arlonu da azad yaşamağa öyrətməyə çalışır.
Emi bazarda yarıçılpaq vəziyyətdə 50 dəqiqə durub.
Onun vücuduna isə "Sən çox gözəlsən", "Ecazkarsan", "Güclüsən" kimi sözlər yazılmışdı./milli
7news.az

















