RU
Cahandar ağa çar zabitini necə susdurdu?- GERÇƏK TARİX
11:18
2892

Cahandar ağa çar zabitini necə susdurdu?- GERÇƏK TARİX

İsmayıl Şıxlının məşhur "Dəli Kür” romanında və eyni adlı filmdə Cahandar ağa obrazı hamının yaddaşındadır. Gerçək tarixi qəhrəman olan Cahandar ağa Qazax mahalının bəyi olub. Filmdə başqasının arvadını qaçırdığı üçün tənqid hədəfinə çevrilir və özü barədə ikili fikir yaradır. 

Gerçək həyatda Allahyar adlı birinin nişanlısı Nazlını qaçırmışdı ki, bu da romanda müəyyən təhriflərlə verilmişdi.

Cahandar ağanın nəticəsi Gürbüz Alkazak Moderator.az saytına açıqlamasında babası ilə həmin Allahyar arasında yaşanmış real tarixini hadisəni danışıb. Bu hadisədə Cahandar ağanın çar rejiminə olan nifrəti də özünü göstərir:

Bir gün axşamüstü idi. Avropa qiyafəli çar ordusunun zabiti bir qrup əsgərlə Cahandar ağanın evinə gəlir. Yanlarındakı mülki adam-Allahyar Cahandar ağaya qarşı çox hikkəli olduğundan onun həyətinə girər-girməz qışqırmağa başlayıb. Müfəttiş onu sakitləşdirəndən sonra Allahyarın Cahandardan şikayətçi olduğunu, guya 50 baş heyvanını və ərzaq anbarını taladığını deyir. Cahandar ağa əsəbiləşərək cavab verir: ”dua et ki, özün də orada olmamısan, yoxsa, səni də öldürərdim. Müfəttiş Gəncəliyev təəccüblə Cahandar ağaya baxanda o, həmən ata atlanaraq, əsgərləri və onu ardınca gəlməyə səsləyir. Cahandar ağa Allahyarla birlikdə onları yüzlərlə baş mal-qaranın öldüyü yerə gətirir. Həqiqəti öyrənincə Allahyarın boğazı quruyur, Novruzəliyev isə qəzəblənir. Sən demə, Allahyarın özü Cahandar ağanın yüz başdan çox mal-qarasını məhv  etmişdi. Müfəttiş bunu öyrənincə Allahyardan səbəbini soruşdu. O, isə "nişanlımı qaçırdı, mən də belə acıq çıxdım” deyir.

Cahandar ağa da həmin soyğunu bu səbəbdən etmişdi. Çünki Allahyarı bir neçə dəfə bağışlasa da, bu dəfə daha çox mal-qarası tələf olmuşdu. Gəncəliyev isə başqa söz deyirdi. O, Cahandar ağaya əgər mal-qaran, qoyun sürülərin məhv edilmişdisə dövlətə şikayət edəydin. Çünki dövlətin qanun ları hər şeyi yerinə qoyar, ədaləti bərpa edərdi.  Bu məqamda Cahandar ağa çox pis əsəbləşir:

-Nə dövlət, müfəttiş bəy?! Nə qanun! Bura Qafqazdır və sənin dövlət dediyin zad buraları tamam məhv edib. Yıxdığınız yerləri xarabaya döndərdiniz, indi o xarabalıqlarda məzarlardan belə soyğunçuluq edilir” 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ