Turan, işlək kurul olaraq bağımsız Türk dövlətlərinin siyasi, iqtisadi, hərbi, güvənlik birliyindən keçən, Türk topluluqlarının yaşadıkları yerləşimin siyasi adıdır. Turana gedən yol mərhələli siyasi dəyişkənliklərlə gerçəkləşməlidir.
İlk olaraq bağımsız Azərbaycan, Türkiyə, Özbəkyurdu, Qazaxeli, Qırğızeli, Türkmənistan, Hungariya Respublikaları Avropa birliyindən daha üstün bir kurumda, Türk Dövlətləri Birlyində örgütlənirlər. Bu birliyin alt bazası artıq vardır, bu Türk Keneşidir(Konsey).
İran adlanan Azərbaycanda, Təbriz mərkəzli Azərbaycan Türk Dövləti və Doğu Türküstanın bağımsızlıq mücadələsinin sonu olaraq böyük bir Türk arealı ilə üz üzə qalırıq ki, bu çografiyada qurulacaq Türk Dövlətləri Birliyin qurucu üyələri olur.
Türk olubda Türklüyünü qəbul etməyən Monqoliya, Koreya , Yaponiya, Estoniya, Finlandiya uzaq olmayan zamanda Türk bilincini rəsmiləşdirərək öncə gözləmçi, sonrada qurucu üyə olaraq Türk Birliyini(TB) genişlədəcəklər.
Rusiya, Əfqanıstan, Pakistan, Gürcüstan kimi qonşu dövlətlərin böyük parçası Türklərin yurdudu ve çoxunluqdadılar. TB onlarla bağlılığımızın qorunması üçün bü dövlətlərə də Türk Birliyində Gözləmçi status tanımalıdır. Qonşu olan bu dövlətlər Türk Birliyinin İqtisadi, mədəni gücündən yararlanmalı, Türk topluluqları arasında bağlılıq güçlənməlidir. Demokratikləşən Rusiyanın olması qonşu Türk birliyi üçün də vacibdir. Qarabağdan, Türk düşmənçiliyindən könüllü imtina etməyən "Ermənistanın" varlığı siyasi üfüqdə görünmür.
Beləliklə Turana gedən yolda, Türk Dövlətlərinin Birliyi Azərbaycan, Türkiyə, Qazaxeli, Özbəkyurdu, Qırğızeli, Türkmənistan, Hungariya, Monqoliya, Birləşik Koreya, Yaponiya, Estoniya, Finlandiya kimi dövlətlərin qurucu üyəliyindən və Demokratik Rusiya, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikistan kimi dövlətlərin gözləmçi üyəliyindən formalaşır.
Türk birliyi genişlənib güçləndikçə, daha bir çok Avrupa ölkələrinin Türk varlığını qəbul edəcəyinin işartıları indidən görünür.
Turan Partiyası, Türk dövlətlərində olan aynı amal uğrunda mübarizə aparan bütün Partiyaların bir birlikdə olmasına çalışacaqdır. Bü birlik Turanın siyasi yerleşiminin yapılanmasında önəmli rol oynayacaqdır. Dünyada Liberalların, Sosial Demokratların, Mühafizəkarların birlikləri mövcutdur. Turançı siyasi partiyaların birliyi Dünya Turançılar birliyi , Qısaca Turançılar Birliyi ola bilir.
Bizim hara getdiyimizi bilən anti Türk güc mərkəzləri bilsin ki, inandırdıqlarının, qandırdıqlarıının əli ilə Turanin siyasiləşməsinin qarşısında dura bilməyəcəklər.” Turan Xəyal deyil, bir gerçəkdir.” Dünya bu birliyi qarşılamağa hazırlanır. Dünyanın ədalətli düzənə ehtiyacı vardır. Kutlu Türk millətinə bu kutsal görəvi verən Yücə Tanrıya min alkış!
Millətləşəcəyik, Dövlətləşəcəyik, Birləşəcəyik! Turan olacağıq!
Cahandar Bayoğlu Turan Partiyası Girişim Kurul Başkanı
7News.Az








