“Facebook” səhifənizdə fərqinə belə varmadığınız kiçik yenilik sizi nəhəng bir xəritəyə aparacaq.
7News.Az bildirir ki, “Facebook”un yeni interaktiv xəritəsi ilə artıq istifadəçilərin harada canlı yayım etdiklərini görə biləcəksiniz.

Canlı Videolar xəritəsi “Facebook” səhifəsinin sol tərəfində Proqramlar pəncərəsinin altında yerləşir. Bu düyməyə basdığınız zaman bütün dünyada “Facebook” vasitəsilə aparılan canlı video danışıqlarının yerlərini mavi nöqtələr şəklində görəcəksiniz.
Əgər kursoru nöqtələrdən hansısa birinin üzərinə aparsanız, dünyadakı nə qədər insanın bu videoyu izlədiklərini də görə bilərsiniz.
Xəritə “Facebook”un canlı yayım mövzusunda nə qədər ciddi olduğunun yeni bir dəlili olaraq qiymətləndirilə bilər.








