Britaniyanın Channel 5 telekanalında nümayiş olunan "Celebrity Big Brother" realiti-şousunda qalmaqalları və rüsvayçı davranışı ilə ad çıxarmış model Xlo Xan yenə olay yaradıb.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, srağagün canlı yayımda olan şouda soyunaraq striptiz göstərən Xlo Xan dünən "Celebrity Big Brother"in digər iştirakçısı Rene Qrasioano ilə mübahisə edib. Mübahisə az sonra küçə söyüşlərinin sıralandığı davaya çevrilib.
Dünən şouda Rene və Obri O-Deyin gizlincə anlaşaraq digər iştirakçılar Hloya Xan, Stiven Bir, Lüis Blur və Marni Simpsonu yarışdan kənarlaşdırmaq istədikləri bəlli olub.
Bunu anlayan Xloya Xan iki "separatçı"nın "quyruq bulayanı" adlandırdığı Rene Qrasioano ilə mübahisəyə başlayıb.
"Sən çox kobud, yalançı, ikiüzlü, məkrli insansan! Buradakı insanları manipulyasiyalarının qurbanına döndərməyə, onları qorxutmağa çalışırsan! Sən fahişəsən, rəzilsən, küçə adamısan! Sənə nifrət edirəm!" - Xloya Xan qışqıraraq Rene Qrazianoya deyib.
Rene Qraziano isə sinirlənərək deyib: "Sən isteriyaya qapılıbsan! Gah deyirsən ki, səni burada öldürmək istəyirlər, gah lüt soyunub rəqs edirsən, gah kameraların qarşısında kişilərlə yatağa girirsən! Fahişə sənsən! Sən murdarlığın, rəzilliyin əsl nümunəsisən! Sənə yazığım gəlir...".
7News.Az













