RU
Canlı yayımda qadın tamaşaçıdan qəfil çılpaq etiraz
18:08
837

Canlı yayımda qadın tamaşaçıdan qəfil çılpaq etiraz

Aparıcı onu geyindirməyə başlayıb.

Məşhur şoumen Okan Bayülgenin təqdim etdiyi “Dada” proqramında tamaşaçıların arasından səhnəyə atılan bir gənc qadın AKP-nin vəkillərinə etirazını çılpaq şəkildə reallaşdırmaq istəyib.

7News.Az xəbər verir ki, “canlı yayımı kəsməyin” deyən aparıcı studiyada köynəyini çıxarıb büstqalter ilə qalan tamaşaçıya müdaxilə edərək onu geyindirməyə başlayıb.

Daha sonra isə qadından etiraz etməsinin səbəbini soruşan Bayülgen, “AKP vəkilləri” sözünü eşidəndə etirazçı qadını danışdırmağa çalışıb.

Onun etiraz etmək haqqı olduğunu vurğulayan Bayülgen, “soyunaraq etiraz etmək istəyirsən.  Səsini eşitdirmək istəyirsən. Amma mən, çalışdığım bu televiziya kanalını qorumaq məcburiyyətindəyəm. Səni də qorumaq məcburiyyətindəyəm” deyib. 

Bayülgen daha sonra etirazçı qadının əlini öpərək studiyadan geri yola salıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ