Mosul əməliyyatı zamanı canlı yayımda İŞİD üzvünün özünü partlatması qeydə alınıb.
CNN kanalı tərəfindən canlı yayımlanan əməliyyatda peşmərgə və İraq ordusu tərəfindən mühasirəyə alınan İŞİD üzvü əvvəlcə bir müddət döyüşüb.
Daha sonra xilas ola bilməyəcəyini anlayan terrorçu yerə uzanaraq, bədəninə bağladığı partlayıcını işə salıb.
Onun özünü partlatması saniyə-saniyə canlı yayıma düşüb.
7News.az








