RU
CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 448-ə yüksəlib
11:50
415

CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 448-ə yüksəlib

Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 448-ə çatıb.

Bu barədə yerli INC telekanalı məlumat yayıb.

Qeyd olunur ki, gün ərzində 5 nəfərin meyiti tapılıb. Daha 60 nəfər itkin düşmüş hesab edilir.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa aprelin 18-də ölkədə ümummilli fəlakət rejiminin tətbiq olunduğunu elan edib. Onun sözlərinə görə, ölkədə humanitar fəlakət baş verib və çoxlarının təcili yardıma ehtiyacı var.

Hava proqnozlarına görə, yaxın günlərdə ölkə ərazisində yeni leysan xarakterli yağışlar gözlənilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ