Əcnəbi ulduzlar ukraynalıları dəstəkləməyə davam edir. Bu dəfə Hollivud ulduzu və vokalist Cared Leto özünün "Instagram” hesabından dəstəyini ifadə edib.
Artist ukraynalıları diqqətli olmağa çağırıb, sülhün qalib gələcəyinə və zorakılıqsız həll yollarının tapılacağına ümid etdiyini bildirib.
"Ukraynadakı dostlarım və ailəm… Vəziyyətin belə dağıdıcı şəkildə gərginləşməsi qəlbimi parçalayır. Xahiş edirəm, çox diqqətli olun və mümkün qədər təhlükəsizlikdə olmağa çalışın. Bu xaotik və dağıdıcı vaxtda fikrim sizlərin və yaxınlarınızın yanındadır”, - deyə Jared Leto yazıb.
7News.Az








