RU
Cavid Hüseynov 1 il 3 aydan sonra oyuna çıxdı
17:04
594

Cavid Hüseynov 1 il 3 aydan sonra oyuna çıxdı

Ann.tv-nin jurnalisti Rasim Əliyevin ölümündə təqsirləndirilərək ömrünün 1 il 2 ayını həbsdə keçirən Cavid Hüseynov 446 gündən sonra yenidən meydana çıxıb.

"Qəbələ" futbol klubunun sabiq kapitanı komandasının səfərdə "Sumqayıt"la oynadığı matçın 83-cü dəqiqəsində Asif Məmmədovun yerinə meydana daxil olub.

Xatırladaq ki, bu oyuna qədər sonuncu dəfə Cavid 2015-ci il avqustun 6-da, Avropa Liqasının qrup mərhələsində "Apallon"la oyunda meydana çıxmışdı.

Qeyd edək ki, bu dəqiqələrdə sona çatan oyunda "Qəbələ"nin bir nəfər azlıqda qaldığı oyun komandaların 2:2-lik bərabərliyi ilə başa çatıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ