Ötən gün cəbhə xəttində baş verən atışmada Ermənistan ordusunun əsgəri öldürülüb.
7News.Az-ın məlumatına görə, bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən atışma nəticəsində Ermənistanın Tavuş rayonu istiqamətində erməni ordusunda müqavilə əsasında xidmət edən 1975-ci il təvəllüdlü hərbçi Ayk Devoyan öldürülüb.
Məlumatı Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsun Ovanisyan da təsdiqləyib.








