“Vəziyyət nəzarət altındadır”.
Bazar günü axşam saatlarında Dağlıq Qarabağda Ağdərə istiqamətində şiddətdli döyüşlər gedib, Azərbaycan tərəfinin itkiləri haqqında yaxın saatlarda ətraflı məlumat veriləcək.
7News.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə bazar ertəsi Azərbaycan MN-nin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.
“Gecə Ağdərə istiqamətində şiddətli döyüşlər baş verib, vəziyyət Azərbaycan SQ-nin nəzarəti altındadır. Azərbaycan ordusu həmçinin şənbə günü azad edilmiş əraziləri nəzarətində saxlayır”, - deyə, agentlikin həmsöhbəti bildirib.








