7News.Az xəbər verir ki, açıqlamada bildirilir ki, aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi də durmadan intensiv rəsmi məlumatlar yaymaqdadır.
Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.
QEYD: Ordumuzun hərbi potensialının düşməninkindən dəfələrlə yüksək olması faktoru erməni dığalarına öz yerlərini göstərmə imkanı verir. Lakin erməni mətbuatı guya Azərbaycan ordusuna məxsus helikopterin vurulduğunu iddia edir. Eyni zamanda, onlar süni şəkildə ölkə mediasına ajiotaj dolu məlumatlar sızdırmaqda davam edirlər. Daxil olan məlumata görə hal-hazırda vəziyyət tam nəzarət altındadır və narahatçılığa heç bir əsas yoxdur. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq. Unutmaq lazım deyil ki, ordumuz hər an düşməni yerində oturmağa, əhalisini və ərazisini qorumağa, işğal altında olan torpaqları azad etməyə hazırdır.
Səbuhi ABBASOV








