RU
Cəbhədən BƏD XƏBƏR: Əsgərimiz faciəvi şəkildə öldü
12:12
541

Cəbhədən BƏD XƏBƏR: Əsgərimiz faciəvi şəkildə öldü

Qar uçqunu nəticəsində bir hərbi qulluqçumuz həlak olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisəs fevralın 9-u axşam saatlarında baş verib.

Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ