Əməliyyat aparılır.
Ermənistan ordusu ötən gecə cəbhəboyu əraziləri iriçaplı silahlardan intensiv atəşə tutub.
Düşmən ordusu xüsusən Tovuzun sərhəd kəndi olan Əlibəylini davamlı atəşə tutub.
Davaml atəş nəticəsində düşmənlə təmas xəttinə yaxın olan Əlibəyli kəndinə ciddi ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər evlərin damlarını, pəncərələrini sıradan çıxarıb.
Ermənistan ordusunun atdığı mərmi bu dəfə də dinc sakinə dəyib. 64 yaşlı Əlibəyli kənd sakini Tofiq Kazımov qarın nahiyəsindən iki güllə yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub. Hazırda onun bədənindən mərminin çıxarılması istiqamətində əməliyyat aparılır./oxu
7news.az
//








