RU
Cəbrayılın icra başçısı Prezident Administrasiyasına çağırıldı
11:45
13212

Cəbrayılın icra başçısı Prezident Administrasiyasına çağırıldı

Bu gün mediada adı vətəndaşları təhqir etməkdə hallanan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev təcili Prezident Administrasiyasına çağırılıb.

Bu barədə adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Mahmud Quliyevin ondan iş istəyən vətəndaşa "get öl" deyib çığırdığı eşidilir. Vətəndaşın təhqir etməməklə bağlı çağırışının ardından isə icra başçısı küçə söyüşləri ilə təhqirini davam etdirir. Daha sonra M.Quliyevin polisi çağıraraq vətəndaşı dərhal ərazidən uzaqlaşdırıb həbs etmək barədə tapşırıq verdiyi eşidilir.
Onu da xatırladaq ki, icra başçısı həmin videoda görüntülənən şəxsin özü olduğunu deyib: "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə “köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar. Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdı. Heç bir təhqir olmayıb”.
Mənbə bildirir ki, video mətbuatda, sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ Prezident Administrasiyası rəhbərliyi tərəfindən diqqətə götürülüb: "O, təcili Adminstrasiyaya çağırılıb, aqibətinin necə olacağı məlum deyil. Mümkündür ki, vəzifəsindən kənarlaşdırılsın".

Məsələ ilə bağlı İH-in (+994 026) 384 39 14 saylı telefonuna zəng etsək də, cavab verən olmadı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Cəbrayılın icra başçısı Prezident Administrasiyasına çağırıldı-TƏCİLİ /afn

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ