"Roma"nın hücumçusu Edin Ceko mövsümün sonunda komandadan ayrılacaq.
7News.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Roma təmsilçisi "Mançester Siti"dən icarəyə götürdüyü 30 yaşlı futbolçunun transfer hüququna yiyələnə bilər.
Bunun üçün İtaliya klubu "Mançester Siti"yə 11 milyon avro ödəməlidir. Lakin Bosniya və Hersoqovina yığmasının hücumçusu "Roma"da qalmaq istəmir. Onun karyerasını İngiltərə və ya Almaniyada davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Ceko cari mövsüm A Seriyasında keçirdiyi 28 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
7News.Az








