RU
Cəlal Əliyev
10:17
1217

Cəlal Əliyev

O, 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub.

Fevralın 1-də uzun sürən xəstəlikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev vəfat edib.

Bu barədə xəbəri APA agentliyi yayıb.

Bildirilir ki, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

Cəlal Əliyev 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub.

Onun qardaşlarından biri — Heydər Əliyev — Azərbaycan prezidenti, digər iki qardaşı isə — Həsən Əiyev və Aqil Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.

1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə seçilib.

Qeyd edək ki, akademikin vəfatı ilə bağlı ilk xəbəri Haqqin.az saytı yaymışdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ