Noyabrın 1-də Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş toplantı keçirilib.
Toplantıda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Əziz Əzizov, hüquq-mühafizə orqanları,kənd təsərrüfatı işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Toplantı iştirakçıları öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib,önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini, həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış olublar.
Toplantıda çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların social-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, Cəlilabad rayonunda bu sahədə həyata keçirilən lahiyələri diqqətə çatdırıblar. Çıxış edənlər Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən və mövcud problemlərdən danışaraq, Azərbaycan Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı təkliflərini bildiriblər.
7News.Az











