RU
Cəlilabadda 6 otaqlı evdə yanğın
14:03
334

Cəlilabadda 6 otaqlı evdə yanğın

Səhər saatlarında Cəlilabadda yanğın faktı qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonun Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ