Cəlilabad şəhərinin Ü.Hacıbəyov küçəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolu keçən 2015-ci il təvəllüdlü Ərəbli Ramazan Vüqar oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.








