Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə sentyabrın 15-də rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Rafət Məmmədov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçmək istəyən Göytəpə şəhər sakini Zakir Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan Z.Rəsulov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.








