RU
Cəlilabadda avtomobil traktorun qoşqusuna çırpılıb, xəsarət alanlar var
15:00
33

Cəlilabadda avtomobil traktorun qoşqusuna çırpılıb, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb. Onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ