Cəlilabad şəhərində beş yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.
2018-ci il təvəllüdlü H. Əlizadə yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.








