21 aprel 2016-ci il tarixdə Cəlilabadda Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları İlk öncə Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilmiş, önünə tər güllər qoymuşlar.Sonra iştirakçılar Cəlilabad Rəsm Qalereyasının yeni inzibati binasının açlış mərasimində iştirak etmiş,RİH-nin başçısı Əziz Əzizov rəmzi açılışını bildirən lenti kəsmişdir.İştirakçılar qalereyada nümayiş olunan rəsm əsərləri ilə tanış oldular.Tədbir Ulu Öndərin adını daşıyan Mərkəzdə davam edib.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə milli mənəvi dəyərlərə,mədəniyyətə göstərilən dövlət qayğısından danışıb.Bildirib ki,rayonda 24 klub,63 kitabxana,musiqi məktəbi,rəsm qalereyası fəaliyyət göstərir.Heydər Əliyev Fondunun rayonda həyata keçiridiyi lahiyələri diqqətə çatdıran icra başçısı Heydər Əliyev Mərkəzinin yeni inzibati binasının,Heydər Əliyev adına yaradıcılıq mərkəzini,Tarix-diyaşünaslıq muzeyini,şahmat məktəbini bunun bariz nümunəsi kimi səciyyələndirib.Digər çıxışlarda Heydər Əliyev Fondunun mədəni irsimizin dünyada təbliğ olunması ilə bağlı çoxşahəli fəaliyyətindən söhbət açılıb.Mədəniyyət işçiləri onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.Sonra bir qrup fəal mədəniyyət işçisinə rayon icra hakimiyyətinin Fəxri Fərmanları verilib.Tədbir bədii hissə ilə davam edib.








