RU
Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib
10:18
351

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Masallı rayon sakini Qeyrət Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"-nin sürücüsü Q.Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ