Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə at arabası toqquşub.
Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.
Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır./report
7NEWS.Az








