RU
Cəlilabadda partlayış - Ev sahibi hamamda yanaraq öldü
21:10
459

Cəlilabadda partlayış - Ev sahibi hamamda yanaraq öldü

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

7news.Az xəbər verir ki, Cəlilabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ