RU
Cəlilabadda qadın mülk üstündə qaynı tərəfindən öldürülüb -YENİLƏNİB
10:00
1595

Cəlilabadda qadın mülk üstündə qaynı tərəfindən öldürülüb -YENİLƏNİB

Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini 1973-cü il təvəllüdlü Südabə Əlixan Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M. Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

2022-03-31 21:26
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./REPORT

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ