RU
Cəlilabadda qadın qonşusu tərəfindən döyüldü
10:28
363

Cəlilabadda qadın qonşusu tərəfindən döyüldü

Cəlilabad rayonunun Təzəkənd kəndində xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Hadisə zamanı 1978-ci il təvəllüdlü yerli sakin İsmayılova Xoşbəxt Həzi qızı mübahisə zəminində qonşu kişi tərəfindən döyülüb.

Yaralı qadın müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ