RU
Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifədən kənarlaşdırıldı - VİDEO
11:47
319

Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifədən kənarlaşdırıldı - VİDEO

Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb.

Cəlilabad Rayon Təhsil Şöbəsindən 7News.Az-a verilən məlumata görə, ötən gün Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntülər yayılıb:

"Həmin videoya əsasən, bildiririk ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb”.

"Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək”, - deyə təhsil şöbəsindən qeyd edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ