RU
Cəlilabadda tapança-pulemyot, Hacıqabulda “Makarov” tapıldı
14:11
1656

Cəlilabadda tapança-pulemyot, Hacıqabulda “Makarov” tapıldı

Əməliyyat keçirilib.

Azərbaycanda bir neçə rayonda silah sürsat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Cəlilabad sakininin evindən tapança-pulemyot və 20 ədəd patron aşkar edilib. "

Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar hadisə hadisə Hacıqabul şəhərində baş verib. Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdasrəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Xəyal Cavadovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ