Fevralın 26-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov başda olmaqla İcra aparatının, idarə, müəssisə və təşkilatların rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.Heydər Əliyev Mərkəzində “Sən ağlama, mən ağlayım qərənfil” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.RİH başçısı Əziz Əzizov,hüquq-mühafizə orqanlarının rəhbərli rayonun Göytəpə şəhərində məskunlaşmış Xocalı şəhər sakini Zakir Ələkbərovun ailəsini ziyarət etmiş,ailəyə ərzaq yardımı göstərilmişdir.
Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filalında,rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edildi, müxtəlif idarə, müəssisə və təşkilatlarda və kəndlərdə anım mərasimləri, xatirə gecələri, sərgilər keçirildi.








