RU
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb
18:46
568

Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

7News.Az xəbər verir ki, sərəncamla qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan- Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,7 milyon manat ayrılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ