Xəbər verdiyimiz kimi, Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib.
7News.Az-ın Unikal.org-a istinadən verdiyi xəbərə görə, onların olduğu təyyarə Bakıdan Yerevana uçub. Erməni əsirlərin Erebuni hava limanından qayıtmasının eksklüziv görüntüləri yayılıb.
Belə ki, erməni əsirlər Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov və Mixail Kosobokov tərəfindən qarşılanıb.








