RU
“Cəmil əkə, necə oldu o xaricdən gələn iş təklifinin axırı?” – Elşən Musayev
13:17
457

“Cəmil əkə, necə oldu o xaricdən gələn iş təklifinin axırı?” – Elşən Musayev

Dünyanın işinə baxın. Bölgədə, ətrafda bu qədər hadisə baş verir, qlobal mövzular müzakirə edilir. Amma bizim müxalifətimizin "şən oğlan”ı, "başı papaqlı” gədəsi, "urvatsızlıq simvolu” - Cəmil Həsənli "VÖEN”dən danışır. Danışır və elə bilir gözəl danışır. Hətta arada sarkazm havasına girir, öz aləmində hoqqa verir, "komedyen” obrazı yaratmağa çalışır.

İndi isə gələk mətləbə. Cəmil əkə deyir, hansısa sənədin ardınca gedib və orada məlum olub ki, bunun adına VÖEN varmış. Niyə varmış? Çün, zamanında açdırıb və çox güman sonradan bağlatdırmaq yadından çıxıb. Hərgah, adam bunun tam əksini iddia edir və dövləti ittihamlayır. "Avtomatik şəkildə bərpa olunub” - deyə.

Əvvəla. Hətta lap tutaq məsələ sən deyən kimidir. Yaxşı, bəs denən görək burada gülməli nə var? Başın qaçıb? "Marazm” sindromu yaşayırsan? Rəsmi müraciətini elə, cavab al, iş həll olmasa danış da. Axı özün qeyd edirsən ki, VÖEN dərhal bağlandı. Yəni, tələbin, istəyin yerinə yetirildi. Başqa? Ayrı neyləməli idilər? Və...ağlımdan çıxmadığı üçün növbəti dəfə soruşuram: Sən canı, niyə gülürdün? Yadına lətifə düşmüşdü? Yoxsa (bəlkə) tanıdığın adamlardan kiminsə videosu?

İkincisi..Ardınca getdiyin sənəd çox güman işsizliklə bağlı olub. Elə isə, bir sual da verim: Ay Cəmil əkə, sən axı Qubad həbs olunandan dərhal sonra sənəd yaymışdın. Ki, guya ikinizə də xaricdən yüksək maaşla iş təklif ediblər. Yadındadır? Necə oldu o işin axırı? Alınmadı?

Əgər alınmadısa, qoy əsl səbəbini mən deyim. Belə bir təklif ümumiyyətlə heç bir zaman mövcud olmayıb. Manipulyasiya idi hamısı. Xaricdəki qəyyumlarınızla və ələlxüsus da FETO xətti ilə razılaşdırılmışdı. Yoxsa sən olasan, Bakıda pulsuz işə belə razılaşasan və xaricdən gələn təklifi əldən çıxarasan?

Bizə yox da, ay Cəmil. Get o nağılları qaraguruh ətrafına danış....

Ən nəhayət. Yenə qayıdıram VÖEN söhbətinə...

Siyasətdə yoxsan. Adın sədr kimi keçən "Milli Şura”da yoxsan. Ətrafının, doğmalarının nəzərində, fikrində, xəyalında belə yoxsan. Varlığın kölgə kimidir. Nə görmək olur, nə toxunmaq. Hava-fason şeysən. İnsan demirəm, heç "feşməkan” yerinə də qoyan yoxdur səni.

Dövlət pislik edib? Adam bilib, adam yerinə qoyub, adam kimi davranıb da.

Yəni, ailə üzvlərinin belə sənə qoymadığı münasibəti sərgiləyib.

"Sağ ol” deyəcək yerdə niyə qışqırırsan ki?

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri. <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_231125_131649_853.sdocx -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ