Həqiqətən, çox kuryoz durumdur. Bilmirsən nə deyəsən. Baxırsan xarici dövlətlərin, lap elə qardaş Türkiyənin siyasi müxalifətinə, hər seçki öncəsi onların gurluğuna, aktivliyinə, iddiasına, səs - küyünə. Və sonra da bizimkilərə. Fərqi görüncə adamı vahimə basır, insan öz - özlüyündə heyrət edir və bu cür bədbəxt qüvvələrlə mübarizə apardığına heyfslənir.
Diqqət edin: Parlament seçkilərində iştirakla bağlı sənəd vermə prosesinin bitməsinə cəmi 15 gün qaldı. Amma “Milli Şura” hələ ortalığa birmənalı mövqe qoymayıb. Yəni gedirik yoxsa getmirik. “Kişi”lər durmadan nəsə düşünür, götür – qoy edir. Ümid edək, gələn ilin əvvəlinə qədər bir qərara gələrlər. Amma başqa rakursdan da baxanda Əli Kərimlini qınamaq olmur. Yazıq neçə yerə bölünsün? Görün adamın əlində nə qədər “vacib” işlər var: saxta “facebook” profilləri yaratmaq, “Azadlıq” qəzetindəki müəllif yazılarını arvad adı ilə yazmaq, 24 saat boyunca Rauf Arifoğlu və Yeni Müsavat “problemi” ilə uğraşmaq, hansısa səfirliyin tinində, kandarında pusqu qurmaq, təlimat, tapşırıq gözləmək və s ilaxır. Öz də Kərimliyə aid radikal düşərgədə bütün bu icraatların təməli elə qoyulub ki, növbəti mərhələlərdə də hər şey AXCP “lider”inin iradəsindən birbaşa asılı vəziyyətdə qalsın. Hətta buna məhkumiyyət də deyə bilərik. Niyə? Çünki məsələn Fuad Qəhrəmanlıya buyursalar, get filan səfirlikdən pulumuzu, qrantımızı, “pay”ımızı gətir, adam elə yolüstü həmin sədəqənin üzərindən nəsə çırpışdırar. Ya da olsun haqqında danışdığım “müəllif yazıları”. Bunu Əli Kərimlidən savayı kim bacarar, kim düzüb - qoşa bilər? Kim bu qədər əclaflığı, nankorluğu, iftiranı bir yazıya sığdıra bilər? Kim tonlarla çörək kəsdiyi, onu illərcə təmənnasız təbliğ edən insan(lar)ı bu şəkildə “vura” bilər? Kim 50 yaşından 60 yaşına qədər ən az 4 dəfə siyasi rəng dəyişən buqələmun Cəmildən qəhrəman düzəltmək eşqinə düşə bilər? Təbii, heç kim. Bu tip məsələlərin hamısı Kərimlinin şəxsi kurasiyasındadır. Bax ona görə seçki yadlarına düşmür, ona görə radikal düşərgədə analoqu olmayan durğunluq hökm sürür, ona görə deyirəm ki, Əli bəyi eyni adlı vəziyyətdə qınamağın qətiyyən yeri yoxdur.
Bu boyda naxələflik yükünü 50 sm - lik boyunda gəzdirmək sizlərə asan gəlməsin, cənablar!








