Salyanda doğulan üçəmlərdən sağ qalanı reanimasiyaya yerləşdirilib.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, körpənin həyatı təhlükəsi qalmaqda davam edir:
“Böyük risk var. Amma çalışacayıq ki, körpə sağ qalsın. Doğuş vaxtından əvvəl olub, körpənin bədən çəkisi normaldan 3 dəfə azdır”.
Baş pediatr bildirib ki, körpədə marfofunksional yetişməzlik olduğu üçün ona lazım olan bütün tibbi yardım göstərilir.
Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb./azvision.az
7News.Az








