Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.
7News.Az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.
Qar, həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.
Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb./apa
7News.Az








