7NEWS.az xəbər verir ki, Parlamentdə keçirilən səsvermədə 248 cənubi afrikalı deputat bu təklifə "hə”, 91-i isə əleyhinə səs verib. Təklifdə İsraillə diplomatik münasibətlərin dayandırılması və İsrailin Pretoriyadakı səfirliyinin bağlanması təklif edilirdi. Cənubi Afrikada müxalif İqtisadi Azadlıq Mübarizəçiləri (EFF) tərəfindən parlamentə gətirilən təklif hakim Afrika Milli Konqresi (ANC) tərəfindən də dəstəklənib.
7NEWS.az








