RU
Cənubi Afrikada daşqınlar nəticəsində 57 uşaq ölüb
11:10
298

Cənubi Afrikada daşqınlar nəticəsində 57 uşaq ölüb

Cənubi Afrika Respublikasının şimal-şərqindəki Kvazulu-Natal əyalətində daşqınlar nəticəsində azı 57 uşaq ölüb, daha 5 uşaq itkin düşüb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın "Eyewitness News” radiosu ölkənin İbtidai Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

"Daşqınlar 630 məktəbə ziyan vurub, onlardan 124-nə ciddi ziyan dəyib”, - nazirliyin rəsmi nümayəndəsi Elicu Mlanqa radioya açıqlamasında deyib.

Kvazulu-Natal əyalət hökumətinin başçısı Sile Zikalala bazar günü daşqın nəticəsndə ölənlərin sayının 443 nəfərə çatdığını, daha 63 nəfər itkin düşdüyünü bildirib. Ən çox ölüm halı (350-dən çox) Hind okeanının sahilində yerləşən Durban meqapolisinin payına düşür.

Qeyd edək ki, Antarktidadan gələn soyuq hava kütlələrinin təsiri altında aprelin 8-dən Cənubi Afrika üzərində siklon dolaşır. Xüsusilə Kvazulu-Natal əyalətinə ciddi ziyan dəyib, burada 4 min inzibati bina və yaşayış binası tamamilə dağılıb, 20 mindən çox binaya isə ciddi ziyan dəyib. Bir çox avtomobil və dəmir yolları su altında qalıb, onlarla körpü çöküb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ