Cənubi Afrikada dəhşətli hadisə baş verib.
Cənubi Afrikada evdə tək qalan 3 aylıq körpəni siçovullar yeyib. Hadisə vaxtı körpənin anası gecə klubunda əyləncədə olub.
Yohannesburqq şəhərinin Katlehong bölgəsində 26 yaşlı ana gecə klubuna getmək üçün hazırlaşır. O, 3 aylıq ekizlərdən birini özü ilə aparsa da, digərini evdə qoyur. Ana evə qayıdanda övladının qalıqlarına rast gəlib. Siçovullar körpənin dilini, gözünü və barmaqlarını gəmirərək yeyiblər. Zavallı körpə vaxtında xilas edilmədiyi üçün həlak olub.
Hadisədən sonra qadının qışqırığına yığışan qonşular məsuliyətsiz ananın həbsini tələb ediblər. Polis tərəfindən həbs edilən qadın məhkəməyə çıxarılacaq./olke.az
7news.Az








