7NEWS.az xəbər verir ki, Şimali Koreyanın ötən ay hərbi kəşfiyyat peykini buraxmaq üçün uğursuz cəhdində istifadə etdiyi "Çollima-1” raketinin qalıqları Cənubi Koreya tərəfindən tapılıb. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, dünən axşam saatlarında Cənubi Koreya sahillərində dənizdə təxminən 75 metr dərinlikdə qalıqların aşkar edildiyi bildirilib. Açıqlamada qrupların müxtəlif hissələrə çatmaq üçün dənizdə axtarışlarını davam etdirdiyi, ələ keçirilən gəmi qalıqlarının ABŞ ilə əməkdaşlıq çərçivəsində araşdırılacağı bildirilib.
7NEWS.az








