RU
Cənubi Koreya və Fransa birgə hava təlimlərinə başlayıblar
16:44
35

Cənubi Koreya və Fransa birgə hava təlimlərinə başlayıblar


7NEWS.az xəbər verir ki, Cənubi Koreya və Fransanın Koreya yarımadasında ilk birgə hava təlimi bu gün başlayıb. Yonhap agentliyinin xəbərinə görə, Cənubi Koreya Hərbi Hava Qüvvələri və Fransa Hərbi Hava Qüvvələri Seuldan təxminən 450 kilometr cənub-şərqdə yerləşən Gimhae aviabazasında iki günlük birgə hava təlimi keçirib. Cənubi Koreya rəsmilərinin verdiyi məlumata görə, Seul 3 F-15K və 2 F-16, Fransa 2 Rafale döyüş təyyarəsi, 1 A400M nəqliyyat təyyarəsi və 1 A330 yanacaq doldurma təyyarəsi ilə təlimdə iştirak edir. Təlimlərə döyüş təyyarələri, nəqliyyat təyyarələri və yanacaqdoldurma təyyarələrindən taktiki əməliyyatlar daxildir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ