RU
Cənubi Koreyada 194 sərnişini olan təyyarənin qapısı açılıb
17:12
71

Cənubi Koreyada 194 sərnişini olan təyyarənin qapısı açılıb


7NEWS.az xəbər verir ki, Daequ Beynəlxalq Hava Limanına enmək üçün enərkən qapısı açılan Asiana Airlines təyyarəsi təhlükəsiz eniş edib. Qapısı açılan təyyarədə çaxnaşma anlar yaşanıb. Həmin anlar sərnişin tərəfindən saniyə-saniyə lentə alınıb. Yerli mətbuatın məlumatına görə, sərnişinlər arasında səyahətə qatılan tələbələr də olub. Ölkə mətbuatı hadisə nəticəsində ölən və ya xəsarət alan olmadığını yazıb. Səlahiyyətlilərdən verilən açıqlamada 194 sərnişinin olduğu təyyarədə bəzi sərnişinlərin tənəffüs yollarında problem olduğu və xəstəxanaya aparıldığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ