Günə yanğın xəbəri ilə başlayan Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı litium batareya fabrikində baş verən yanğında 20 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, yanğınsöndürmə briqadası Seulun cənubundakı Hvason şəhərində "Aricell” adlı litium batareya istehsal edən fabrikdə baş verən yanğına müdaxilə edib. İlkin məlumata görə, yanğın nəticəsində 20 nəfər ölüb, ölən işçilərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
7NEWS.az








