RU
Cənubi Koreyada avtomobil körpüsü uçdu: ölən və yaralananlar var
12:40
26

Cənubi Koreyada avtomobil körpüsü uçdu: ölən və yaralananlar var

Cənubi Koreyada tikilməkdə olan magistral körpü uçub.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki,  Cənubi Koreyada tikiləmkdə olan körpünün uçması  faciəvi qəzaya səbəb olub. Tikintisi davam edən magistral körpünün uçması nəticəsində 3 fəhlə həyatını itirib, 5 nəfər isə yaralanıb.
 
Yerli hakimiyyət orqanlarının məlumatına görə, insident yerli vaxtla saat 09:50 radələrində Seuldan təxminən 80 kilometr cənubda, Çeonan şəhəri yaxınlığında baş verib.

Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ