7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda bıçaqlı hücum dəhşəti olub. Saat 14.07 radələrində "Sillim” metrostansiyasının çıxışı yaxınlığındakı küçələrdən birində 30 yaşlarında olan naməlum şəxs əlindəki bıçaqla ətrafdakı insanlara təsadüfi hücum edib. Xəbər üzərinə bölgəyə çoxlu sayda polis qrupları göndərilərkən, hücumda 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücum edən şəxs tutularaq saxlanılıb, yaralılar isə xəstəxanaya aparılıb. Səlahiyyətlilər yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
7NEWS.az








